Dünya

Trampın müharibə səlahiyyətləri məhdudlaşdırılacaq

ABŞ Senatı səkkizinci cəhddən sonra Prezident Donald Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini qəbul edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qanun layihəsinin lehinə 50, əleyhinə isə 47 senator səs verib. Sənədi əsasən Demokratlar Partiyasının üzvləri, eləcə də Respublikaçılar Partiyasından olan dörd senator dəstəkləyib.

Xatırladaq ki, sözügedən qanun layihəsi ilk dəfə 2025-ci ildə, Vaşinqtonun İranın nüvə obyektlərinə hücum etmək qərarı verdiyi zaman müzakirəyə çıxarılmışdı. Məsələ ikinci dəfə martın 5-də — İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamasından bir neçə gün sonra Senatın gündəminə gətirilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button