AZERFAX TV
Tiktoker özünə saqallı mühafizəçi axtarır

Sosial şəbəkələrdə maraqlı iş elanlarından biri gündəm olub.
AZERFAX.AZ xəbər verir ki, məşhur TikTok istifadəçilərindən biri özünə şəxsi mühafizəçi axtardığını açıqlayıb.
Elana əsasən, namizəddən əsas tələblər yaraşıqlı görünüşə və saqqallı imicə sahib olmasıdır. Bundan əlavə, fiziki cəhətdən sağlam, diqqətli və məsuliyyətli şəxslərə üstünlük veriləcəyi bildirilib.
İş rejiminin 12 saat olduğu qeyd edilir. Təklif olunan aylıq əməkhaqqı isə 1000 manatdır.
Elanın sosial şəbəkələrdə yayılması istifadəçilər arasında da geniş müzakirələrə səbəb olub. Bəzi şəxslər görünüşlə bağlı tələbləri maraqlı hesab etsələr də, digərləri bunu qeyri-adi iş şərti kimi dəyərləndiriblər.
Sözügedən görüntüləri təqdim edirik:(NOCOMMENT.az)



