AZERFAX TV

“Barsa”nın ulduzuna İngiltərənin iki nəhəngi müqavilə təklif edibmiş

“Barselona”nın yarımmüdafiəçisi Rafinya Kataloniya klubuna keçməzdən əvvəl İngiltərə Premyer Liqası komandalarının ona müqavilə təklif etdiyini bildirib.

Braziliyalı futbolçu 2022-ci ildən “Barselona”da oynayır. O, əvvəllər “Lids”, “Renn”, “Sportinq Lissabon” və “Vitoriya Gimarayş” kimi klublarda da oynayıb.

AZERFAX.AZ xəbər verir ki, “The Touchline” Rafinyanın sözlərini sitat gətirib.

– Həyatınızdakı ən yaxşı qərar?

– “Barselona” ilə müqavilə imzalamaq.

– Başqa komandalardan təkliflər olubmu?

– Bəli. Mançesterin mavi komandasından (yəqin ki, “Mançester Siti” nəzərdə tutulur – red.) və Londonun qırmızı komandasından ( çox güman ki, Arsenal – red.).

Related Articles

Bir cavab yazın

Back to top button