AZERFAX TV

Ermənistanda deputatlığa namizəd dövlətə xəyanət ittiham olunur

Ermənistanın hüquq-mühafizə orqanları “Çiçəklənən Ermənistan” partiyasından deputatlığa namizəd Andranik Tevanyana qarşı cinayət işi başladıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi bəyanat yayıb.

Bildirilib ki, o, dövlətə xəyanət və casusluqda ittiham olunur.

İstintaqın versiyasına görə, daha əvvəl deputat olmuş və “Ermənistan” blokunun siyahısına daxil edilən Tevanyan 2024-cü ildə xarici kəşfiyyat strukturları tərəfindən ələ alınıb. İddiaya görə, o, dövlət sirri təşkil edən məlumatları toplayaraq ötürməklə məşğul olub. İş materiallarında qeyd olunur ki, bu fəaliyyət müqabilində o, 622 min ABŞ dolları məbləğində böyük bir vəsait alıb.

Söhbət 2024-cü ilin aprelində keçirilmiş və “məxfi” qrifli parlamentin qapalı iclasının məzmunu və yekunları ilə bağlı məlumatlardan gedir. Toplanmış sübutlar əsasında İstintaq Komitəsi dövlətə xəyanət və casusluq maddələri ilə cinayət işi açıb. Məlumatın dərc olunduğu vaxta qədər Tevanyanın bu iş üzrə konkret prosessual statusu barədə açıqlama verilməyib.

Mayın 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan Vanadzor şəhərində seçkiqabağı təşviqat zamanı keçmiş deputat Tevanyanın dövlətə xəyanət etdiyini bəyan edib. Hökumət başçısı həmin vaxt müvafiq materialların Milli Təhlükəsizlik Xidmətindən İstintaq Komitəsinə təhvil veriləcəyini vəd etmişdi. Andranik Tevanyan 2023-cü ilə qədər “Ermənistan” fraksiyasından deputat mandatı daşıyıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button