AZERFAX TV
Tramp oğlunun toyuna gedəcək? – Getsəm də tənqid olunacağam, getməsəm də

ABŞ prezidenti Donald Tramp İranla bağlı gərgin vəziyyət səbəbindən oğlunun toy mərasiminə qatıla bilməyəcəyini bildirib.
AZERFAX.AZ “NBC News”a istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Trampın böyük oğlunun bu həftəsonu Baham adalarında Bettina Andersonla evlənəcəyi qeyd olunub. ABŞ prezidenti isə tədbirdə iştirak edib-etməyəcəyinin hələ də dəqiqləşmədiyini deyib.
“O, mənim gəlməyimi istəyir. Getməyə çalışacağam, amma vəziyyət hazırda mənim üçün çətindir. İran və digər məsələlərlə məşğulam. Getsəm də tənqid olunacağam, getməsəm də”, – deyə Tramp qeyd edib.
Müəllif: Roza



