AZERFAX TV

Ağ Evin yaxınlığında atışma: jurnalistlər təxliyə edildi

Vaşinqtonda Ağ Evin yaxınlığında atışma baş verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “NewsNation” telekanalının müxbiri Libbi Din “X” sosial şəbəkəsində məlumat verib.

O, çoxsaylı atəş səslərinin eşidildiyini qeyd edib.

“Məxfi Xidmət (Secret Service) jurnalistləri Şimal çəmənliyindən (North Lawn) təxliyə edib”, – deyə bildirib.

“Fox News” yazıb ki, Ağ Ev yaxınlığında baş atəş açan şəxs zərərsizləşdirilib .

Televiziya kanalının məlumatına görə, silahlı şəxs tapança ilə hərəkət edib. Daha sonra o, Ağ Ev istiqamətində atəş açıb. Hücum edən şəxs ən azı üç dəfə atəş açıb.

Daha sonra ABŞ Məxfi Xidmətinin əməkdaşları cavab atəşi açaraq hücumçunu zərərsizləşdirməyə müvəffəq olublar. Atışma zamanı bir mülki şəxs yaralanıb.

Xatırladaq ki, bu ayın əvvəlində də Ağ Evin yaxınlığında atışma baş vermişdi. Həmin vaxt bina mühasirəyə alınmış, ərazidəki jurnalistlər brifinq otağına toplanmışdı. O zaman 15-ci küçə və İndependens prospektinin kəsişməsində, Vaşinqton abidəsinin yaxınlığında açılan atəş nəticəsində bir uşaq yaralanmışdı.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button