AZERFAX TV

Bərdədə ağır qəza oldu – Ölən və xəsarət alan var

Bərdə rayonunda bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZERFAX.AZ-ın xəbərinə görə, qəza hadisəsi rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.

1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlu idarə etdiyi “VAZ-2107” markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yolun kənarındakı su arxına düşüb.

Baş vermiş qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə aldığı xəsarətlərdən həlak olub.

Faktla bağlı araşdırma başlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button