AZERFAX TV
Trump İranla danışıqlar barədə: Onlar başa düşməlidirlər ki…

İranla danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir.
AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth”da yazıb.
O bildirib ki, nümayəndələrinə saziş mətni ABŞ tərəfdə olan müddətdə razılaşmaya tələsməməyi tapşırıb. Blokada razılaşma əldə edilənə, təsdiqlənənə və imzalanana qədər tam qüvvədə qalacaq.
“Hər iki tərəf vaxt ayırmalı və düzgün hərəkət etməlidir. Heç bir səhv ola bilməz. İranla münasibətlərimiz daha peşəkar və məhsuldar bir münasibətə çevrilir. Lakin onlar başa düşməlidirlər ki, nüvə silahı və ya bombası hazırlaya, yaxud əldə edə bilməzlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.



