AZERFAX TV

Lüks avtomobilləri oğurlayan cinayətkar qruplaşmanın üzvləri tutuldu

Fransanın paytaxtı Parisdə mühafizə olunan avtodayanacaqdan lüks avtomobillərin kütləvi oğurluğunda iştirak edən cinayətkar qruplaşmanın bir neçə üzvü həbs edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Paris Prokurorluğundakı mənbəyə istinadən yazıb.

Məlumata görə, oğurlanan 27 avtomobildən 21-i artıq aşkar olunub. Tapılan avtomobillər arasında ümumi dəyəri təxminən 2 milyon avro olan “Porsche”, “Ferrari” və “Maserati” markaları da var.

İstintaq materiallarına əsasən, mayın 16-dan 17-nə keçən gecə Parisin XV dairəsində baş verən kütləvi avtomobil oğurluğunda təxminən 50 nəfərin iştirak etdiyi ehtimal olunur.

Related Articles

Bir cavab yazın

Back to top button