AZERFAX TV

Pezeşkian internetlə bağlı tapşırıq verdi

Prezident Məsud Pezeşkian İranda internet məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı göstəriş verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi İslam Respublikasının Rabitə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, prezidentin internetə çıxışın əvvəlki vəziyyətinə qaytarılması barədə tapşırığı bir müddət əvvəl Rabitə Nazirliyinə göndərilib.

İranda internetə çıxış 86 gündən artıqdır ki, faktiki olaraq mövcud deyil.

Related Articles

Bir cavab yazın

Back to top button