AZERFAX TV
“Sülh prosesinə dəstəyimi bir daha bəyan edirəm”

Emmanuel Makron Fransanın Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdirilməsinə dəstəyini bir daha bəyan edib.
AZERFAX.AZ xəbər verir ki, bunu Fransa lideri Emmanuel Makron Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bəyan edib.
“Regionun bütün xalqlarının rifahı naminə yeni bir səhifə açmağa imkan verəcək Ermənistan və Azərbaycan arasında sülh prosesinin davam etdirilməsinə və başa çatdırılmasına Fransanın tam dəstəyini bir daha vurğulamaq istərdim”, – o bildirib.



