Melonidən XƏBƏRDARLIQ – “Gələcəkdə qoruyacaq heç bir şey qalmayacaq”

İtaliyanın Baş naziri Ciorcia Meloni Avropa İttifaqını (Aİ) qlobal problemlərə qarşı uzaqgörənlikdən uzaq, “bürokratik nəhəng” adlandıraraq tənqid edib.
AZERFAX.AZ xəbər verir ki, İtalyan sənayeçilərinin assosiasiyası olan “Confindustria”nın qurultayında çıxış edən Meloni Aİ-nin hazırkı fəaliyyətindən narahatlığını ifadə edib.
Baş nazirin sözlərinə görə, birlik çox vaxt ideoloji və texnokratik yanaşmalar naminə rəqabət qabiliyyətini və strateji inkişafı qurban verir.
Meloni Aİ-ni daha çevik və səmərəli olmağa çağırıb:
“İttifaq daha az, amma daha yaxşı işlər görməli, ağlabatan prioritetlər müəyyənləşdirməli və qərarların qəbulunda sürətli davranmalıdır”.
Baş nazir bildirib ki, İtaliya müdafiə xərcləri ilə ailələrə və müəssisələrə edilən yardımlar arasında balans tapmalıdır. Əks təqdirdə, gələcəkdə qoruyacaq heç bir şey qalmayacaq.
Hüseyn İbadlı



