AZERFAX TV
“Barselona”nın 100 milyonluq təklifini rədd edirlər

“Atletiko Madrid” “Barselona”nın hücumçu Xulian Alvares üçün ilk 100 milyon avroluq təklifini rədd edəcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Footmercato”nun jurnalisti Santi Auna bildirib.
Mənbənin məlumatına görə, “hindular” 120-130 milyon avro istəyirlər. Kataloniya klubu artıq ikinci təklif üzərində işləyir və argentinalı hücumçu üçün fəal şəkildə mübarizə aparmağa hazırdır.
Argentinalı bu mövsüm bütün yarışlarda 49 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Alvaresin müqaviləsi 2030-cu ilin yayına qədərdir.
“Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.



