AZERFAX TV

Ən gözəl günlər hələ qarşıdadır

PSJ-nin vingeri Xviça Kvaratsxeliyanın həyat yoldaşı Nitsa Tavadze onun Çempionlar Liqasındakı qələbəsinə emosional münasibət bildirib.

AZERFAX.AZ xəbər verir ki, Nitsa Tavadze sosial şəbəkədə Xviça, oğulları Damian və Çempionlar Liqasının kuboku ilə çəkilmiş fotonu paylaşaraq bunları yazıb:

“Kaş insanlar belə anlara çatmaq üçün nə qədər güc lazım olduğunu anlayaydılar.Təzyiq, fədakarlıq, intizam, gözləntilər – amma sən buna baxmayaraq hər gün irəliləməyə davam etdin. İndi sən ardıcıl ikinci dəfə çempionsan.

Bir vaxtlar dua etdiyim insana çevrildiyini izləmək ən gözəl hissdir. Səninlə fəxr edirəm, həmişə sevəcəyəm, mənim əbədi çempionum. Ən gözəl günlər hələ qarşıdadır…”

Xatırladaq ki, şənbə günü Paris təmsilçisi “Arsenal”ı finalda penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Gürcüstanlı futbolçu ikinci hissədə penalti qazanıb və həmin epizodda Usman Dembele komandasının bərabərlik qolunu vurub.

Bu qələbə PSJ üçün Çempionlar Liqasında ardıcıl ikinci titul olub. Paris klubu ötən il finalda İnteri 5:0 hesabı ilə məğlub edib.

Related Articles

Bir cavab yazın

Back to top button