AZERFAX TV
Fransanın “Taqor”u saxlamasına Kremldən reaksiya: Piratçılıqdır

Kreml Fransanın “Taqor” tankerinin saxlanılması ilə bağlı hərəkətlərini qanunsuz və piratçılıqla əlaqəli hesab edir.
AZERFAX.AZ xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz bu cür hərəkətləri qanunsuz hesab edirik, bu, beynəlxalq piratçılıqla sərhəddir. Biz onların beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirildiyi iddiası ilə qətiyyən razı deyilik”, – Peskov jurnalistlərə bildirib.
Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron Rusiyadan yola düşən “Taqor” tankerini Fransa Hərbi Dəniz Qüvvələrinin saxladığını açıqlamışdı . O, gəminin beynəlxalq sanksiyalara məruz qaldığını bildirmişdi. Parisdəki Rusiya səfirliyindən verilən ilkin məlumata görə, tankerin kapitanı rusiyalıdır.
Müəllif: Tural



