Ölkə
Goranboyda məktəblini qaçıran şəxs məlum olub.

Goranboyda itkin düşdüyü bildirilən 15 yaşlı məktəbli qızın qaçırıldığı məlum olub. AZERFAX.az-ın yerli bürosunun əldə etdiyi məlumata görə rayonun 2 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi 2010-cu il təvəllüdlü Z. B.-nı Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü O. Hüseynzadə adlı şəxs evlənmək məqsədi ilə qaçırıb. Hazırda onların yerinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu