Region
Goranboyda şagird dərs zamanı qaçırılıb?

İtkin düşdüyü bildirilən Goranboy rayon 2 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi 2010-cu il təvəllüdlü Z. B.-nı dərs vaxtı qaçırıldığı məlum olub. AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi rəsmi açıqlama verib. Qeyd olunub ki, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib. Aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb. Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu