AZERFAX TV
Tanınmış musiqiçinin oğlu faciəvi şəkildə həlak oldu

Xəbər verdiyimiz kimi Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq həyatını itirib.
AZERFAX.AZ ANZ.az-a istinadən xəbər verir ki, Elmir Qurbanov adlı uşaq tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğlu imiş.
Qeyd edilib ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Elmir ötən gün itkin düşmüşdü.





