AZERFAX TV
Ermənistandakı seçkilərdə 840 mindən çox vətəndaş səs verdi

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində saat 14:00-a olan seçici fəallığına dair rəsmi məlumat yayıb.
AZERFAX.AZ xəbər verir ki, rəsmi rəqəmlərə əsasən, ölkə üzrə səsvermə hüququ olan vətəndaşların 33,84 %-i (847 226 nəfər) artıq seçki məntəqələrinə gedərək səs verib.
Paytaxt İrəvanda seçici fəallığı 33,38 % təşkil edib. Regionlar arasında isə ən yüksək fəallıq 39,02 %-lə Sünik (Zəngəzur) vilayətində qeydə alınıb. Ən aşağı göstərici isə 30,39 %-lə Armavir vilayətindədir.



