AZERFAX TV

Bu xəstəliklərin müalicəsi məcburidir – Cərimələnə bilərsiniz

Azərbaycanda bəzi xəstəliklər var ki, onların müalicəsi məcburidir.

İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxs tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırarsa, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

Həmçinin zöhrəvi xəstəliklərə və ya immunçatışmazlığı virusuna yoluxmuş insanla əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxs tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırarsa, səksən manatdan yüz iyirmi manatadək məbləğdə cərimə olunur.

Bildirilir ki, zöhrəvi xəstəliyi olan şəxs tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Bundan başqa, qeyd olunan xəstəliyə görə Cinayət Məcəlləsində də cərimələr və həbs müəyyənləşib.

Sənəddə qeyd olunur ki, özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllərin iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (Oxu.az)

Related Articles

Bir cavab yazın

Back to top button