Hadisə

Gəncədə iki maşın toqquşdu, bir nəfər xəstəxanalıq oldu.

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Türklər qəsəbəsi adlanan ərazisində, Atabəylər küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobillə “KİA SPORTAGE”in toqquşması nəticəsində bir nəfər sərnişinlərdən müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qəza baş verən əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button