AZERFAX TV

Xalq artisti vəfat etdi – Foto

SSRİ-nin Xalq artisti Lyudmila Çursina 84 yaşında vəfat edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə TASS-a aktrisanın uzun illər fəaliyyət göstərdiyi Rusiya Ordusunun Mərkəzi Akademik Teatrından məlumat verilib.

Bildirilib ki, Lyudmila Çursina iyunun 10-da dünyasını dəyişib. Teatr nümayəndələri qeyd ediblər ki, onun 85 illik yubileyinə cəmi bir neçə həftə qalırdı. Belə ki, aktrisa iyulun 20-də 85 yaşını qeyd etməli idi və teatr kollektivi artıq həmin tarixə hazırlıq görürdü.

“Lyudmila Çursina artıq aramızda deyil. Çox yaxın zamanda – iyulun 20-də onun yubileyi olacaqdı. Biz həmin günə hazırlaşırdıq”, – deyə teatrın nümayəndəsi bildirib.

Lyudmila Çursina sovet və Rusiya teatrı və kinosunun ən tanınmış simalarından biri hesab olunurdu. O, yaradıcılığı ərzində onlarla film və tamaşada yaddaqalan obrazlar yaradıb. Aktrisanın xüsusilə “Tutqun Çay”, “Minotavrın ziyarəti” və digər məşhur ekran əsərlərindəki rolları tamaşaçıların yaddaşında qalıb.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button