AZERFAX TV
Kitabsevərlərin Bakı Ekspo Mərkəzinə gediş-gəlişi üçün avtobuslar fəaliyyət göstərəcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-də Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi başlanacaq.
AZERFAX.AZ xəbər verir ki, oktyabrın 27-dək davam edəcək builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunub.
Sərgi günlərində paytaxt sakinlərinin və qonaqların metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə rahat gediş-gəlişi təmin ediləcək.
Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır. Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir.



