Ölkə

“Arsenal” və “Siti”nin istədiyi Arda seçimini etdi

“Real Madrid” Arda Güleri komandada saxlamaq üçün müqavilənin müddətini uzatmağa hazırlaşır.

AZERFAX.AZ xəbər verir ki, türkiyəli futbolçu ilə 2031-ci ilə qədər qüvvədə olacaq yeni sözləşmə barədə razılıq əldə edilib. “TEAMtalk” nəşrinin məlumatına görə, bir müddət əvvəl “Arsenal” və “Mançester Siti”nin də maraq göstərdiyi yarımmüdafiəçi Madrid klubunda qalmağa üstünlük verib. Futbolçunun baş məşqçi Joze Mourinyodan da dəstək aldığı vurğulanıb.

Qeyd edək ki, Arda Güler bu mövsüm İspaniya çempionatı və UEFA Çempionlar Liqasında ümumilikdə 9 matçda iştirak edib. O, həmin görüşlərdə 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button