AZERFAX TV

“Qarabağ” braziliyalı ilə müqaviləni uzatdı

“Qarabağ” Futbol Klubu futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.

AZERFAX.AZ xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, 2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.

Related Articles

Bir cavab yazın

Back to top button