AZERFAX TV
Dünya çempionatında qalmaqal: – İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı

İngiltərə milli komandasının futbolçularının butsuları oğurlanıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Məlumata görə, idman ayaqqabıları futbolçular Kanzas-Sitidəki məşq bazasına gedən zaman mikroavtobusdan oğurlanıb.
Yayılan məlumatlara görə, oğrular həmçinin futbol toplarını və digər məşq avadanlıqlarını da götürüblər. Həmçinin analitik vasitələr: baş məşqçi Tomas Tuxelin taktikalar üçün istifadə etdiyi lövhələrini və masaj masaları da oğurlayıblar.
Qeyd edək ki, İngiltərə milli komandası Floridada Dünya Kubokuna hazırlaşırdı. İngilislər təlim-məşq toplanışı zamanı üç oyun keçirib və Yeni Zelandiya, Kosta Rika, yerli “Mayami Yunayted” klublarını məğlub ediblər.
Müəllif: Tural



