AZERFAX TV

Aİ-dən Ukraynaya: Üzvlük danışıqları risk altındadır

Avropa İttifaqı ölkələri Ukraynanın birliyə üzvlük prosesini ləngidə bilər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.

Bildirilir ki, 15 iyunda Ukrayna və Moldova rəsmi olaraq Avropa İttifaqına üzvlüklə bağlı danışıqların ilk mərhələsinə keçməlidir. Lakin prosesin başlanması Kiyevin sürətli şəkildə Aİ-yə daxil olacağı demək deyil.

Danışıqların növbəti mərhələləri bütün üzv ölkələrin razılığı ilə irəliləyəcək. Hər bir dövlət islahatların icrası ilə bağlı iradlar irəli sürərək, danışıqlar klasterlərinin açılmasını və ya bağlanmasını ləngidə biləcək.

Qeyd olunur ki, ilk klaster hüququn aliliyi, demokratik institutlar, insan haqları və məhkəmə islahatları kimi əsas sahələri əhatə edir. Hətta bu mərhələnin açılması belə Ukrayna üçün uzun və çətin koordinasiya prosesinin başlanğıcı sayılır.

Eyni zamanda, Avropa İttifaqı daxilində siyasi mövqelərin fərqliliyi səbəbindən Kiyevin üzvlük perspektivi təkcə texniki tələblərlə deyil, həm də ayrı-ayrı paytaxtların siyasi qərarları ilə müəyyən edilə bilər.

Xatırladaq ki, daha əvvəl Ukrayna Almaniya kansleri Fridrix Mertsin “məhdud üzvlük” təklifini rədd etmişdi. Kiyev Aİ-yə yalnız tamhüquqlu üzvlükdə maraqlı olduğunu bəyan edir.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button