Ölkə

Köçəryanın toxunulmazlığı ləğv olundu

Ermənistan Mərkəzi Seçki Komissiyası keçmiş prezident Robert Köçəryanın deputat toxunulmazlığının ləğv edilməsinə və ona qarşı cinayət təqibinin başlanmasına razılıq verib.

AZERFAX.AZ Erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Köçəryanı və oğlu Sedrak Köçəryanı 2004-cü ildə Yerevanda qanunsuz torpaq sövdələşməsində iştirak etmək, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham edir.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan seçkilərdən sonra Köçəryan və digər müxalifət liderlərinin siyasi fəaliyyətdən kənarlaşdırılması və əmlaklarının müsadirə olunmasının hakimiyyətin gündəmində olduğunu bəyan edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button