AZERFAX TV

Vens təkzib etdi – Sanksiyaları qüvvədə qalır

ABŞ neft ixracı ilə bağlı məhdudiyyətlər istisna olmaqla, İrana qarşı tətbiq etdiyi sanksiyaları qüvvədə saxlayır.

AZERFAX.AZ ABŞ vitse-prezidenti Cey Di Vensin Ağ Evin “YouTube” kanalındakı çıxışına istinadla xəbər verir ki, neft sahəsindəki məhdudiyyətlərin ləğvi artıq effektivliyini itirib.

“Daha əvvəl qeyd etdiyim neft sanksiyaları istisna olmaqla, digər sanksiyalar qüvvədə qalır. Həmin məhdudiyyətlər artıq effektivliyini itirib. Bu sanksiyaların məqsədi İranın bir barel neft üçün aldığı qiyməti aşağı salmaq idi”, – deyə siyasətçi izah edib.

Vens vurğulayıb ki, Vaşinqton digər məhdudiyyətləri ləğv etməyi planlaşdırmır. O, Tehran sövdələşmə çərçivəsindəki öhdəliklərini yerinə yetirməyənə qədər İranın xaricdə dondurulmuş aktivlərindən bir dollar belə olsun geri qaytarılmayacağını bəyan edib.

Vitse-prezidentin sözlərinə görə, dondurulmuş vəsaitlərin dəqiq məbləğini bilmir, lakin onların ümumi həcmi 200 milyard dollardan çox ola bilər. O qeyd edib ki, bu vəsaitlərin böyük hissəsi ABŞ-dakı hesablarda deyil, Fars körfəzi ölkələrində, Avropada və ya digər yerlərdədir.

Daha əvvəl ABŞ və İran 60 günlük atəşkəsi, Hörmüz boğazından gəmiçiliyin bərpasını, Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvini və yeni danışıqlar raundunun başlamasını nəzərdə tutan müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Sənəd iyunun 17-də Ağ Evin rəhbəri Donald Tramp və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanıb. “Axios” nəşri qeyd edib ki, memorandum məsafədən tərtib edilib və elektron imzalanmadan sonra qüvvəyə minib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button