Ölkə

Azərbaycanda istehlak bazarı böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 33,1 milyard manat olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Bu, 2025-ci ilin yanvar-may aylarına nisbətən real ifadədə 4,5 % artıb, ümumi dəyərin 77,1 %-ini pərakəndə ticarət dövriyyəsi, 19,5 %-ini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 %-ini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,1 % artaraq 31,5 milyard manata bərabər olmuş, onun 41,1 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 644,5 manat və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 57,9 manat çox vəsait xərcləyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button