AZERFAX TV

Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü

Sumqayıtda 3 gün əvvəl döyülən qadın bu gün xəstəxanada ölüb.

AZERFAX.AZ “Report”a istinadən verir ki, hadisə iyunun 17-də 4-cü məhəllədə qeydə alınıb. Belə ki, 1943-cü il təvəllüdlü Şərqiyyə İdiş qızı Həsənova yaşadığı binanın qarşısında döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb.

O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, bu gün tibb müəssisəsində vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdlü Ramiz Əhməd oğlu Quliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button