AZERFAX TV

İran-ABŞ danışıqlarında yeni mərhələ: Ekspert görüşləri başlayır

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi İsveçrədə qalaraq ABŞ-la aparılan danışıqların icra mexanizmlərinə dair ekspert görüşlərinə rəhbərlik edəcək.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Bildirilir ki, danışıqların yeni mərhələsi 22 iyunda başlayır. Məsləhətləşmələrdə vasitəçi ölkələr kimi Pakistan və Qətər nümayəndələri də iştirak edəcək.

Qeyd olunur ki, İranın əsas nümayəndə heyəti – parlament sədri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və Mərkəzi Bankın rəhbəri Əbdül-Nəsir Hemmati artıq İsveçrədəki səfərlərini başa vuraraq ölkəni tərk ediblər.

Xatırladaq ki, Tehran və Vaşinqton arasında Yaxın Şərqdə münaqişənin nizamlanmasına dair aparılan danışıqlar yekun sazişin imzalanması ilə nəticələnməyib. Tərəflər yekun sənəd üzrə razılığa gələ bilmədikdən sonra proses müvəqqəti olaraq dayandırılıb.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button