AZERFAX TV

Beyninə bunu yeridiblər, tezliklə böyük dəyişiklik olacaq

İsrailli illüziyaçı Uri Geller yerli televiziya proqramındakı çıxışında ABŞ Prezidenti Donald Trampla bağlı diqqətçəkən iddialar irəli sürüb.

AZERFAX.AZ xəbər verir ki, Geller Rusiya, Şimali Koreya və İranın birgə “elektromaqnit təsir sahəsi” yaratdığını və bunun bəzi dünya liderlərinin qərarvermə prosesinə təsir etdiyini bildirib.

Onun sözlərinə görə, bu sistem Trampın zehni fəaliyyətinə siqnal göndərir və onun qərar mexanizmini xarici təsirlərə açıq hala gətirir: “Ruslar, koreyalılar və iranlılar Trampın qərarlarını təsirləndirmək üçün elektromaqnit silahdan istifadə edirlər. Bu silahı Trampın beyninə yeridiblər”.

Geller bu təsirin fiziki deyil, dalğa və tezliklər vasitəsilə həyata keçirildiyini iddia edib. O həmçinin yaxın zamanda Donald Trampın davranışlarında ciddi dəyişikliklər ola biləcəyini iddia edərək bunun qlobal siyasi balanslara təsir edə biləcəyini vurğulayıb.

Gellerin açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub. Qeyd olunub ki, bu iddiaların doğruluğunu təsdiqləyən heç bir elmi və ya rəsmi sübut mövcud deyil.

Bəzi şərhçilər isə bu cür açıqlamaların qlobal siyasətdə informasiya idarəçiliyi və qeyri-müəyyənlik yaratmaq məqsədi daşıya biləcəyini iddia edir.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button