Ölkə
Əfsanə futbola qayıtdı – Bu klubda oynayacaq

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo uzun fasilədən sonra yenidən peşəkar futbola qayıdır.
AZERFAX.AZ xəbər verir ki, futbolçu İtaliyanın C Seriyasında çıxış edən “Ravenna” klubu ilə müqavilə imzalayıb. Bu barədə klubdan açıqlama verilib. 46 yaşlı braziliyalı komandanın heyətində 10 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Ronaldinyo sonuncu dəfə 2015-ci ildə rəsmi oyuna çıxıb. Karyerası ərzində “Barselona”, PSJ və “Milan” kimi nəhəng klublarda çıxış edən Ronaldinyo 2005-ci ildə “Qızıl top” mükafatını qazanıb. O, həmçinin Braziliya millisinin heyətində dünya çempionu adını əldə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



