İstefası tələb edilən Hacıosmanoğlu mövqeyini açıqladı

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu istefa verəcəyi ilə bağlı çağırışlara cavab verib.
AZERFAX.AZ xəbər verir ki, o, vəzifəsindən ayrılmağı düşünmədiyini açıq şəkildə bildirib. Türkiyə millisinin Dünya Çempionatındakı uğursuz oyunu ilə bağlı danışan Hacıosmanoğlu, “Niyə istefa verməliyəm? Mən klub prezidenti və ya məşqçi deyiləm. Hələ görüləsi çox iş var” deyə vurğulayıb. Federasiya rəhbəri ABŞ və Paraqvaya qarşı məğlubiyyətlərdən sonra iki gün iki gecə əsəbindən ağladığını da etiraf edib. Onun sözlərinə görə, komanda hər iki oyunda üstün futbol nümayiş etdirsə də, nəticə əldə edə bilməyib.
Hacıosmanoğlu futbolçuların haqsız tənqid olunduğunu və onların müdafiəsinə qalxdığını bildirib. Hacıosmanoğlu əlavə edib ki, gənc futbolçular son illərdə böyük uğurlara imza atıblar və daha çox dəstəyə layiqdirlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



