Ölkə

Ermənistan parlamentinin sədri dəyişir

Ermənistanın hakim partiyası olan Vətəndaş Müqaviləsi Partiyası parlamentin sədri vəzifəsinə Ruben Rubinyannın namizədliyini irəli sürüb.

AZERFAX.AZ xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rubinyan bu vəzifə üçün hakim siyasi qüvvənin seçdiyi namizəddir.

Hazırda Ermənistan parlamentinə Alen Simonyan rəhbərlik edir. Ruben Rubinyan eyni zamanda Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə kimi fəaliyyət göstərir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button