Ölkə

UEFA “Fənərbaxça”nı cəzalandırdı

UEFA “Fənərbaxça” barədə maliyyə intizamı ilə bağlı qərarını açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, İstanbul təmsilçisi 7,5 milyon avro məbləğində cərimələnib. Türkiyə mətbuatının yaydığı məlumata görə, daha əvvəl klubun təxminən 15 milyon avro ödəyə biləcəyi iddia olunsa da, yekun qərarda bu rəqəm daha aşağı müəyyənləşdirilib. Bildirilir ki, UEFA Klub Maliyyə Nəzarəti Şurasının (CFCB) nümayəndələri və beynəlxalq audit şirkəti “Deloitte”in müfəttişləri klubda yoxlama aparıblar. Araşdırma zamanı maliyyə sənədləri və transfer əməliyyatları nəzərdən keçirilib. Hesabatda Joze Mourinyo və Dieqo Karlosun müqavilələri ilə bağlı xərclərin müəyyən edilmiş limitləri aşdığı, həmçinin Kerem Aktürkoğlunun transfer prosesində maliyyə qaydalarına uyğun olmayan məqamların aşkarlanması qeyd olunub. Məlumata əsasən, UEFA rəhbərliyi qərar qəbul etməzdən əvvəl “Fənərbaxça”dan izahat tələb edib.

Klubun təqdim etdiyi müdafiə nəzərə alınsa da, cərimə tətbiq olunub və eyni zamanda maliyyə intizamına riayət olunması ilə bağlı xəbərdarlıq verilib. Daha əvvəl klubun Kerem Aktürkoğlu ilə bağladığı müqavilədə də dəyişiklik etdiyi, futbolçunun maaş öhdəliklərini UEFA-nın tələblərinə uyğun şəkildə yenidən hesabladığı bildirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button