Ölkə

Mərkəzi Bankdan manatla bağlı açıqlama

Bu ilin iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 51 milyard 500,4 milyon manat təşkil edib.

AZERFAX.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,7 %, ilin əvvəlinə nisbətən 3,3 %, 2025-ci ilin iyunun 1-i ilə müqayisədə 6,6 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 41 milyard 961,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 3,7 %, ilin əvvəlinə nisbətən 3,9 %, ötən ilin iyunun 1-i ilə müqayisədə 17,3 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 32 milyard 641,7 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3,4 %, ilin əvvəlinə nisbətən 1,4 %, 2025-ci ilin iyunun 1-i ilə ilə müqayisədə 15,1 % çoxdur.

İyunun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 18 milyard 884,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 3 %, ilin əvvəlinə nisbətən 5,2 %, ötən ilin iyunun 1-i ilə müqayisədə 16,7 % çoxdur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button