AZERFAX TV

Onun ölümü Putini sarsıtdı: “Rusiyaya sadiq insan idi!”

Rusiya Prezidenti Vladimir Putin ölkənin keçmiş müdafiə naziri Sergey İvanovun vəfatı ilə bağlı başsağlığı verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib. Qeyd edilib ki, Putin onu Rusiyaya sadiq insan adlandırıb.

“Sergey Borisoviçin vəfatı ilə bağlı səmimi və dərin hüznlə başsağlığımı qəbul edin. Bunun nə qədər acı və yeri doldurulmayacaq bir itki olduğunu bütün qəlbimlə anlayıram. O, Rusiyaya sadiq və ölkəmizin inkişafı, suverenliyinin möhkəmləndirilməsi üçün çox iş görən bir insan idi”, – deyə İvanovun ailəsinə və dostlarına ünvanlanan mesajda bildirilir.

Putin qeyd edib ki, keçmiş nazirin biliyinə, təcrübəsinə və enerjisinə mürəkkəb və məsuliyyətli iş sahələrində həmişə ehtiyac olub.

Qeyd edək ki, keçmiş müdafiə naziri və prezidentin xüsusi nümayəndəsi 73 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.

İvanov 2001-ci ildən 2007-ci ilə qədər Müdafiə Nazirliyinə rəhbərlik edib. Mediada yayılan məlumatlara görə onun 2008-ci ildə Putinin yerinə prezident ola biləcəyi göstərilirdi. Lakin sonda Dmitri Medvedev prezident, İvanov isə baş nazirin müavini oldu.

O, 2011-ci ildən 2016-cı ilə qədər prezident administrasiyasına rəhbərlik edib. 2012-ci ildən 2026-cı ilə qədər isə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olub. Rusiya prezidenti bu ilin fevral ayında onu ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndə vəzifəsindən azad etmişdi.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button