Ölkə

Bakının mərkəzində yanğın başladı – VİDEO


Bakıda “28 May” metrosu yaxınlığında mağazada yanğın baş verirb.

AZERFAX.AZ musavat.com-a istinadən xəbər verir ki, hazırda Bakının “28 May” metrosu yaxınlığında, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Birinci Korpusu ilə üzbəüz yerləşən mağazada yanğın baş verir.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb edilib. İlkin məlumata görə, yanğının səbəbi hələlik bilinmir.

Hazırda yanğının tam söndürülməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində işlər aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button