Ölkə

Xankəndidə Novruz konserti olacaq


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19:45-də Xankəndidəki Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert olacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.


Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq. Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button