AZERFAX TV

Dələduzluq, qanunsuz mərc oyunları ilə bağlı əməliyyat

Türkiyənin 29 vilayətində dələduzluq, qanunsuz mərc oyunları və digər onlayn cinayətlər qarşı əməliyyatlar keçirilib, 409 nəfər saxlanılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Kibercinayətkarlıqla mübarizə çərçivəsində son 6 gündə əməliyyatlarda 409 şübhəli saxlanılıb”, – DİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, saxlanılanlardan 213-ü həbs edilib, 117-si barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digərləri ilə bağlı araşdırma işləri davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button