Ölkə
Cüdoçularımız Avropa Açıq Turnirində 3 medal qazandı

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin ilk yarış günündə Azərbaycan milli komandası 3 medal qazanıb.
AZERFAX.AZ xəbər verir ki, Elşən Əsədov (-66 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala layiq görülüb. Kamran Süleymanov (-73 kq) isə yarışı bürünc medalla başa vurub.
Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



