AZERFAX TV

Rusiya Avropanın piratlığından bezib: Tankerləri silahlandırır

Rusiya Avropa ölkələrinin son dövrlərdə artan “dəniz piratlığı” addımlarına cavab olaraq mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker gəmilərini stasionar silahlarla təchiz etməyə başlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, quraşdırılan sistemlər pilotsuz uçuş aparatlarından müdafiə və mümkün abordaj cəhdlərinin qarşısını almaq məqsədi daşıyır.

Məqalədə qeyd olunur ki, bu praktika Rusiya donanmasında geniş yayılarsa, Qərb ölkələrinin dənizdə atacağı addımlara ciddi təsir göstərə bilər. Bildirilir ki, silahlı tanker sayı artdıqca, Qərb dövlətlərinin Rusiya gəmilərinə müdaxilə və ya abordaj qərarı verməsi daha riskli olacaq.

Bundan əvvəl “The Telegraph” yazmışdı ki, Böyük Britaniya hakimiyyəti ələ keçirilmiş “Smyrtos” tankerindəki təxminən 100 min ton Rusiya neftini satışa çıxarmağı, əldə olunacaq vəsaiti isə Ukraynaya hərbi dəstəyə yönəltməyi nəzərdən keçirir.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button