Peres Vinisius barədə qərar verdi

“Real Madrid” prezidenti Florentino Peres 2026-cı il dünya çempionatından sonra Vinisius Juniorun müqaviləsini yeniləməyi planlaşdırır.
AZERFAX.AZ xəbər verir ki, klub rəhbərliyi braziliyalı ulduzun komandada qalmasını yay transfer dövrünün əsas prioriteti hesab edir. Məlumata görə, “Kral klubu” Xulian Alvares və digər bahalı transferlərdən əvvəl Vinisiusla yeni müqavilə imzalamaq niyyətindədir. Bildirilir ki, “Real Madrid” futbolçuya əvvəlki təklifdən daha sərfəli maliyyə şərtləri təqdim etməyə hazırdır. Klub bununla Vinisiusun gələcəyini uzunmüddətli təmin etməyi hədəfləyir.
Florentino Peres daha əvvəl verdiyi açıqlamada Vinisiusun komandada qalmasını istədiyini bildirib və onun son illərdə qazanılan uğurlarda mühüm pay sahibi olduğunu vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



