AZERFAX TV
Bu, Azərbaycan və ABŞ münasibətlərində yeni mərhələ açdı

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə münasibətlərinin inkişafında tarixi mərhələ kimi qiymətləndirilir.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Samir Şərifov ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
Onun sözlərinə görə, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyub və iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir:
“Bu sənəd ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun, iqtisadi əməkdaşlığın və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlığın genişlənməsi üçün mühüm zəmin yaradır”.



