Siyasət

Lyayen: “Tarixi sülh sazişini parafladığınız üçün sizi təbrik edirəm”

İlk növbədə, əlbəttə ki, bu regionda baş verən məsələ – cərəyan edən proses sülh prosesidir. Bu gün tarixi sülh sazişini parafladığınıza görə Sizi təbrik etmək istərdim.

AZERFAX.az  xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Prezident İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən bildirib.

“Aİ Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir. Bu gün mən sizi tarixi sülh sənədini paraflamağınız münasibətilə təbrik etmək istərdim.

Siz regionda sülhün bərqərar edilməsi üçün öz şəxsi liderliyinizi nümayiş etdirdiniz və bu, sabitliyə, etimada və birgə rifaha yol açır. Avropa İttifaqı bu sülh prosesini qətiyyətlə dəstəkləyir və biz bundan sonra da mümkün olan hər şeyi edəcəyik. Biz sülhə kağız üzərində deyil, reallıqda töhfə verməyə hazırıq və bu gün də, hər gün də bu istiqamətdə çalışmalıyıq”.

Related Articles

Bir cavab yazın

Back to top button