AZERFAX TV
Suriya prezidenti məşhur aktrisanı parlamentə gətirdi

Suriya prezidenti Əhməd Əl Şaraa parlamentə təyin etdiyi 70 nəfərlik siyahıya məşhur aktrisa Rozina Lazikanini də daxil edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilib ki, Lazikani 210 yerlik Suriya Xalq Məclisinin prezident tərəfindən təyin olunan üzvlərindən biri olub. Məlumata görə, Şaraanın müəyyən etdiyi siyahıda ümumilikdə 15 qadın yer alır.
1990-cı ildə Həma şəhərində anadan olan Rozina Lazikani Dəməşq Ali Teatr Sənətləri İnstitutunda səhnə tərtibatı üzrə təhsil alıb. O, aktrisalıq fəaliyyətinə 2013-cü ildə “Natirin” serialında kiçik rollarla başlayıb və 2014-cü ildən kino və televiziya layihələrində iştirak edir.
Müəllif: Roza



