Ərdoğanın maaşı qalxdı – MƏBLƏĞ

Türkiyədə dövlət rəsmilərinin və millət vəkillərinin maaşlarında ciddi artım baş verib.
AZERFAX.AZ xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) iyun ayı üçün inflyasiya rəqəmlərini elan etməsi ilə məmurların və məmur təqaüdçülərinin maaş artımı faizi 13,52% olaraq dəqiqləşib.
Bu artım birbaşa olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, parlamentin deputatlarının və təqaüddə olan millət vəkillərinin də yeni maaşlarına təsir edib.
Açıqlanan yeni inflyasiya fərqi və maaş tənzimləməsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aylıq maaşı rekord səviyyəyə yüksəlib. Son hesablamalara əsasən, Ərdoğanın yeni maaşı rəsmən 556 min 155 TL (təxminən 21 min 100 AZN) olaraq təyin edilib.
Yeni iqtisadi tənzimləmə tək prezidentin deyil, parlament təmsilçilərinin də büdcəsinə ciddi təsir göstərib. Son tənzimləmə ilə birlikdə Türkiyə Böyük Millət Məclisindəki (TBMM) həm təqaüd, həm də aktiv deputat maaşı alan millət vəkillərinin aylıq ümumi gəliri 512 min TL-yə (19 min 456 AZN) yüksəlib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



