AZERFAX TV

Həkəri çayında bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən AZERFAX.AZ-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

“Hazırda vətəndaş – 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button